706 nəfərin ölkədən getməsi qadağan edilib

606 vergi ödəyicisi üzrə 26,9 milyon manat borc məbləğini əhatə edən materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib

Azərbaycanda 706 nəfərin ölkədən getməsinə qadağa qoyulub. Vergilər Nazirliyindən verilən məlumata görə, bu ilin 9 ayı ərzində vergi orqanları tərəfindən 706 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 2 940 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 606 vergi ödəyicisi üzrə 26,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə qanunamüvafiq tədbirlər görülərək, 1009 fiziki şəxs üzrə 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar