Dövlət Departamenti Bakıda mətbuatın problemlərini müzakirə edəcək

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika yardımı üzrə ofisinin Avrasiya şöbəsinin direktor müavini Noy Kristal oktyabrın 21-də Azərbaycan KİV rəhbərlərindən ibarət qrupla görüşüb.

Səfirliyin mətbuat xidmətindən Turan-a bildirilib ki, KİV-in vəziyyəti və problemləri, həmçinin söz azadlığının vəziyyəti müzakirə olunub.

Qeyri-rəsmi məlumatlara görə, Noy Kristal bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.

Xatırladaq ki, bu ilin yayında Azərbaycan hakimiyyəti Amerika və Qərb qrantları üzrə layihələrin reallaşmasının qarşısını alıb. Ötən həftə qanunverici məhdudiyyətlər qəbil edilib. Bu məhdudiyyətlərə görə, xarici donorlardan qrant almaq yalnız Azərbaycan hökumətinin razılığı ilə ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar