Kürdlərin silah anbarı partladıldı - Video

Gecə boyunca davam edən toqquşmalarda ABŞ və koalisiya qüvvələri İŞİD mövqelərini bombalamaqda davam edib

Kobanidə İŞİD silahlıları ilə kürd peşmergələri arasında şiddətli döyüşlərin yaşandığı bir vaxtda, peşmergələrə məxsus silah anbarı partladılıb.

ANS TV-nin məlumatına görə, partlayışın İŞİD silahlısı tərəfindən kamikadze hücumu nəticəsində həyata keçirildiyi deyilir. Gecə boyunca davam edən toqquşmalarda ABŞ və koalisiya qüvvələri İŞİD mövqelərini bombalamaqda davam edib. Gün ərzində Suriya ərazisinə 6 hava zərbəsinin endirildiyi məlumat verilib.

Türkiyə hökuməti kürd peşmergə silahlıları üçün sərhəd- keçid məntəqəsini açdığını bəyan edib. ABŞ hava qüvvələrinin İŞİD-ə qarşı mübarizə aparan kürdlərə silah-sursat yardımı etməsinə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın cavabı sərt oldu.

"Suriyada 300 min adamın öldürülməsinə susacaqsan, Kobaniyə danışacaqsan. Halbuki Kobanidə heç kim yoxdur. Kobanidən 200 min kürd ölkəmizdədir. ABŞ-ın hava əməliyyatı İŞİD-in mühasirəsilə ilə bağlı bir məsələdəir. Kobani stratejidirsə, bizim üçündür, ABŞ üçün yox. Mənim üçün nəticəsi ölüm olan hər bir addım cinayətdir”- deyə Ərdoğan cavab verib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Kobanidəki vəziyyətin ölkə daxilində gərginliyini artırılması üçün istifadə olunduğunu bildirib. BMT- nin bir neçə gün əvvəl açıqladığı hesabata görə, Kobanidə 700 nəfərdən az adam qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar