Kolbasada ölümcül "Afrika taunu" aşkarlandı

Minsk istehsalı olan kolbasada "Afrika taunu" aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Donuz ətindən hazırlanmış kolbasada 5 dəfə sınaq aparılıb və 4-də xəstəlik aşkar edilib. Bundan sonra məhsulun satışına qadağa qoyulub.

Ümumrusiya Elmi Tədqiqat İnstitutunun apardığı sınaqlar da xəstəliyin mövcudluğunu təsdiq edib. Hazırda Rusiya tərəfi Belarusdan bu faktların araşdırılmasını tələb edir.

Həmçinin, Rusiya Belarusdan göndərilən bütün ət məhsullarına qarşı monitorinqləri gücləndirib. Rusiyanın əsas baytarlıq inspektoru Yevgeni Nepoklonov bu fakt üzrə belaruslu həmkarı ilə təcili danışıqlar keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar