Respublika Yanıq Mərkəzinin rəhbəri istefa verdi

“Mən baş verən rəzilliyə dözmədim və istefa ərizəmi yazdım”.

Bu sözləri Modern.az saytına açıqlamasında Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verən Vüqar Ələkbərov bildirib.

Mərkəzin yeni rəhbəri isə Şöhrət Məmmədov təyin edilib.

Vüqar Ələkbərov deyib ki, mərkəzdə özbaşınalıq idi: “Hətta xəstələrə aid çamaşırları öz hesabıma yuduzdururdum. Belə bir yerdə adımın ləkələnməməsi üçün istefa ərizəmi yazdım”.

Hazırda Plastik Cərrahiyə Mərkəzinə müdir təyin olunan həkim, həm də özəl klinikların birində çalışdığını söyləyib.

Respublika Yanıq Mərkəzinə bu ilin martında Bakıdakı 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinin bazasında yaradılıb. Xəstəxanada aparılan struktur və kadr dəyişikliyi nəticəsində yanıq şöbəsi mərkəzə çevrilib. Nəticədə mərkəzdə həm də 2 yeni şöbə yaranıb: böyüklər və uşaqlar üçün nəzərdə tutulan yanıq şöbələri.

Respublika Yanıq Mərkəzi bütün Azərbaycana xidmət edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar