İŞİD-dən gözlənilməz hücum: 20 ölü, 45 yaralı

Ölənlər arasında Türkiyə vətəndaşları da var

İŞİD-in İraqdakı “Zərəvani” xüsusi təyinatlı peşmərgə birliyinə qarşı hazırladığı hücum zamanı 20 nəfər ölüb, 45 nəfər yaralanıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dünən Mosul su bəndinin yaxınlığında bomba ilə yüklü su tankeri peşmərgənin nəzarətindəki ərazidə partlayıb. Partlayış nəticəsində “Zərəvani” xüsusi təyinatlı peşmərgə birliyi komandirinin müavini general Səfər Hərki də həyatını itirib.

Duhokdakı xəstəxanalara yerləşdirilən yaralıların vəziyyətinin yaxşı olduğu deyilir. Partlayışda ölən şəxslər arasında Türkiyənin 3 vətəndaşı da olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar