"Ukrayna ordusu kasset bombalarından istifadə edib" - HRW

Human rights watch təşkilatı bildirir ki, Ukrayna ordusu bu ayın əvvəlində Donetskdə əhalinin sıx yaşadığı yerlərdə kasset bombalarından istifadə edib.

Nyu Yorkda qərarlaşan təşkilatın oktyabrın 20-də yaydığı məlumatda deyilir ki, kasset bombasından geniş istifadə olunub, bunlar 10-dan çox yerdə qeydə alınıb və sənədləşdirilib.Təşkilat bildirir ki, Donetskdə kassetli bombalardan Ukrayna silahlı qüvələrinin istifadə etməsinə güclü dəlillər var.

Ukraynanın müdafiə nazirliyinin sözçüsü Senyuk bu ittihamları əsassız adlandırıb.

Human rights watch isə bildirir ki, partlayanda çoxlu sayda xırda hissələrə ayrılan kasset bombaları çox böyük ərazini əhatə edir, onlardan əhalinin sıx yaşadığı yerlərdə istifadə müharibə qanunlarını pozmaqdır. Təşkilatın fikrincə, bu, hərbi cinayətdir.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar