Səxavət Əlisoydan Arif Hacılıya növbəti İTTİHAM: “Siyahı hazırlayır”

Dünən bir müsavatçı zəng edib dedi ki, Arif Hacılının dəstəsi Müsavatdan gedəcəkləri ehtimal olunan şəxslərin siyahısını hazırlayıb və o siyahıda olanların istefalarını önləyərək, tezliklə partiyadan xaric edəcəklər.

Səbəb də o olacaq ki, bu şəxslər Müsavatın nizamnaməsinə zidd çıxışlar edir, təftişçiliklə məşğuldurlar,partiyanı nüfuzdan salırlar və sair və ilaxır.

Onu da dedi ki, Əlövsət Talışxanlının, İbrahim İbrahimlinin, Vurğun Əyyubun, Rövşən Dəmirlinin, Rövşən və Məhəbbət qardaşlarının, Əli Rzayevin, Kamil Xəlilbəylinin, İsmayıl Kəsəmənlinin, Rüfət Əliyevin və təbii ki, mənim adım bu siyahıda var”.

Bunları Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy özünün facebook səhifəsində yazıb. O, daha sonra bunları əlavə edib:

“Bəylər, hüquqşünas Osman Kazımov tamamən düzgün buyurur, kim ki, Hacılının legitimliyinə şübhə edir, "təmizləmə" əməliyyatına məruz qalmalıdır. Saxtakarlıqla barışmayanları, Hacılını maliyyə fırıldaqlarında ittiham edənləri, rayon təşkilatlarındakı acınacaqlı duruma rəğmən Hacılını günahkar bilənləri, bir sözlə ona sizlər kimi biyyət etməyənləri partiyadan kənarlaşdırmaq gərəkdir. Partiyanı istədiyiniz kimi "fırlatmaq" istəyirsinizsə, bu əməliyyatı tezləşdirin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar