2014 - son 135 ilin ən rekord isti ili olub

2014-cü ildə Yer kürəsində bir neçə ay ərzində orta hərarətin həddi son 135 ildə ən yüksək həddə olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda ABŞ-ın okean və atmosfer tədqiqatları milli idarəsi məlumat yayıb.

Mənbə qeyd edib ki, 2014-cü ilin sentyabr ayında Yer kürəsində orta hərarət 15,72 °С olub və bu heç vaxt olmamış kimi yüksək göstəricidir. Bundan əlavə, havanın hərarəti may, iyun və avqust aylarında da rekord həddə olub.

Araşdırmaçılar hesab edir ki, iqlim dəyişikliyinin başlıca səbəbi Yerin atmosferinin karbon qazı ilə çirklənməsidir. Mütəxəssislərin hesablamalarına görə, 2013-cü ildə karbon qazının miqdarı 135 il bundan əvvəlki ilə müqayisədə 2 dəfə artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar