Xaçmazdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Oktyabrın 18-də Xaçmazda Qusar sakini 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovun qətlinin təfərrüatı məlum olub.

Xaçmaz Rayon Polis İdarəsindən vesti.az-a verilən xəbərə görə, Z.Xeyirovun qətlində Qusar rayon sakinləri Radik Məmmədov və Nazim Zəkəriyev şübhəli bilinirlər.

Cinayətdə şübhəli bilinən şəxslər hələlik tutulmayıb. Polis onların tutulması istiqamətində iş aparır. İlkin araşdırmalara görə, Z.Xeyirov səhər saatlarında qətlə yetirilib. Mərhumun sifət və baş nahiyəsində yırtıqlar, bədənində isə qançırlar aşkarlanıb.

Bu isə ondan xəbər verir ki, cinayətkarlar qətldə dəmir dəyənəkdən istifadə ediblər. Onlar mərhum bədənində siqaret söndürüblər. Cinayətkarlar Z.Xeyirovu işgəncə verərək qətlə yetiriblər. İrəli sürülən versiyaya görə, Z.Xeyirov borca görə öldürülüb.

Z.Xeyirov ailəsi ilə birlikdə Xudat şəhərində yaşayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar