Bu gün Azərbaycan kubokuna start veriləcək

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start veriləcək.

Apasport.az saytının məlumatına görə, yarış iştirakçılarının sayı az olduğundan 1/16 finalda cəmi 4 komanda mübarizə aparacaq.

Bir oyundan ibarət mərhələdə bu gün azarkeşlər iki oyuna şahidlik edəcək.

Belə ki, I divizionda çıxış edən MOİK-lə “Lokomotiv” münasibətinə aydınlıq gətirəcək. “Qaradağ Lökbatan” isə “Zirə” ilə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti mərhələdə MOİK – “Lokomotiv” cütünün qalibi “Qarabağ”la, “Qaradağ Lökbatan” – “Zirə” cütündə üstün olan tərəf isə “Neftçi”nin rəqibi olacaq.

Azərbaycan kuboku

1/16 final mərhələsi

22 oktyabr (çərşənbə)

14:00. MOİK – “Lokomotiv”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

14:00. “Qaradağ Lökbatan” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov

“Dalğa Arena”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar