Putinin Polşa ilə birlikdə Ukraynanı bölmək planı Varşavanı qarışdırdı

Polşanın keçmiş xarici işlər naziri və hazırkı parlament spikeri Radoslav Sikorski "Politico" jurnalına Rusiyanın 2008-ci ildə Polşaya Ukraynanı bölmək təklifi verməsi haqda müsahibəsi Varşavada kəskin tənqidlə qarşılanıb.

Sikorski ilk öncə Rusiya-Polşa görüşündə deyilənləri "səhv başa düşdüyünü" desə də, daha sonra olanları "dəqiq xatırlamadığını" və görüşün ümumiyyətlə baş tutmadığını bildirib.

Qeyd edək ki, Polşa parlamentinin spikeri Radoslav Sikorski bildirib ki, 2008-ci ildə Polşa rəhbəri olanda Rusiya prezidenti Vladimir Putin ona Ukraynanı öz aralarında bölməyi təklif edib.

"Reuters" xəbər agentliyi məlumat verir ki, sentyabr ayınadək Polşanın xarici işlər naziri olan Sikorski Putinin bu təklifini ABŞ-ın “Politico” vebsaytına bildirib. Onun sözlərinə görə, Putin Polşanın baş naziri Donald Tuskun 2008-ci ildə Moskvaya səfəri zamanı belə deyib. Sonradan isə Sikorski həmin müsahibənin “tərcümədə təhrif” olduğunu bildirib.

“O istəyirdi ki, Ukraynanın bölgüsündə biz də iştirak edək. Putin baş nazirimiz Donald Tuskun Moskvaya səfəri zamanı belə deyib. Putin qeyd etmişdi ki, Ukrayna qondarma ölkədir, Lvov isə Polşanın şəhəridir. Bu məsələyə birlikdə aydınlıq gətirmək lazımdır”, - 19 oktyabr müsahibəsində Sikorski bildirib. /eunews.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar