Xədicə İsmayıl işçi qrupun iclasına buraxılmadı

Bu gün - oktyabrın 22-də Milli Məclisdə insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı işçi qrup təsis olunur. İşçi Qrupa hüquq müdafiəçiləri, deputatlar və başqa rəsmilər də dəvət olunublar. Dəvətlilər arasında araşdırmaçı jurnalist Xədicə İsmayıl da var. Ancaq jurnalist bildirir ki, tədbir başlasa da, onu Milli Məclisə buraxmayıblar. Azadliq.info-nun məlumatına görə, o, bu haqda facebook səhifəsindəb yazıb: “İşçi qrupa məni dəvət etməklə bağlı fikirlərini dəyişdilər. Məni parlamentin binasına buraxmırlar. “Adınız siyahıda yoxdur” deyirlər. Prezident Aparatına zəng vurdum. Dedilər: “Aaa ola bilməz”. Amma yenə də buraxmırlar. 40 dəqiqədir burdayam. “Yalançını evinəcən” prinsipi ilə gözləyirəm. Bu arada YAP redaktorlarını da dəvət ediblər. İçəridədirlər”.

Bir qədər sonra Xədicə İsmayılova yazıb: “Prezident Administrasiyasından Vüqar Əliyev təkrar zəng elədi. Dedi ki, digər QHT-lər (qrupa GONGO-lar və Arzu Abdullayeva daxildir) iştirakıma etiraz ediblər. Soruşdum ki, görüş başlamayıb axı, buna necə nail olublar, dedi bilmir. Ümid edirəm Arzu Abdullayeva bu komediyada iştirakdan imtina edəcək. Yoxsa onun barəsində xeyli nikbin düşünürəm”.

İşçi qrup Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın təklifi ilə fəaliyyətini bərpa edir.

Hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar