Vasif Talıbov Türkiyə hərbçiləri ilə görüşüb

Oktyabrın 21-də Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.

Turan-ın məlumatına görə, Naxçıvan Ali Məclisinin sədri Azərbaycanla Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edib. O, Türkiyə hərbçilərinin səfərinin hərbi sahədəki əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Türkiyə Silahlı Qüvvələrinin Ərzurum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri Şərəf Önqay Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin qürurverici olduğunu diqqətə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar