"Türkiyə də, Azərbaycan da Əfqanıstanı tərk etməlidir..." - Qüdrət Həsənquliyev

"Əfqənıstanda insanların əksəriyyəti məsələlərə orta əsrlərdə olduğu kimi yanaşır. Hətta orta əsrlərdə Avropada insanlar müasir Əfqanıstanla müqayisədə daha mütərəqqi idi..."

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Əfqanıstanı tərk etməsi fonunda bu ölkədə yaranan acınacaqlı durumu - Taliban rejiminin hakimiyyəti tamamilə ələ keçirməkdə olduğunu moderator.az-a şərh edəırkən deyib. 

Onun fikrincə,  Əfqanıstanda insanların böyük qisminin davranışının motivasiyasını şüur yox, daha çox qorxu instinkti təşkil edir: "Ona görə inkişaf etmiş xalqların orada minimum standartlara cavab verən müasir dövlət qurmaq cəhdləri uğursuzluğa düçar olur. Məhz bu səbəbdən ABŞ da SSRİ kimi həmin ölkəni rüsvayçı məğlubiyyətlə tərk edir. Əsas səbəb olmasa da məğlubiyyətin digər səbəbi dünyanın və regionun böyük dövlətlərinin Əfqanıstan məsələsində ortaq məxrəcə gələ bilməməsidir. İnsanlıq tarixi öyrədir ki, Talibana qalib gəlməyin tək yolu Əfqanıstanda "taliban"dan daha sərt və amansız bir rejimin qurulması ilə mümkün idi.Talibanı tamamilə məhv etdikdən sonra rejimi yumşaltmaq olardı. NATO üzrə müttəfiq dövlətlər isə orada nəzarəti ələ keçirdikləri ilk gündən xalqın sosial inkişaf səviyyəsini və mentaliteti nəzərə almadan demokratik rejim qurmağa cəhd etməklə həm özlərini iflasa məhkum etdilər, həm də əfqan xalqını növbəti dəfə böyük mərhumiyyətlərlə üz-üzə qoydular. Mentalitetin dəyişməsi üçün isə ən azı iki nəsil dəyişməlidir.

Mənim fikrimcə, NATO-nun həll edə bilmədiyi problemi Türkiyə təkbaşına həll edə bilməz. İlk növbədə böyük maliyyə resusları lazımdır ki, bu da Türkiyənin imkanları xaricindədir. Qərb maliyyə dəstəyi boyun ola bilər, amma Suriya qaçqınlarına kömək məsələsində olduğu kimi, verilən sözün tutulacağı az inandırıcıdır. Ona görə Türkiyə də, Azərbaycan da Əfqanıstanı tərk etməlidir. Əfqanları buraxmaq lazımdır təbii inkişaf yolu ilə getsin. Sivil dünya taliban rejimi ilə əməkdaşlıq edib onlara kənardan təsir etməklə onun insani xarakter almasına kömək etməlidir. Zamanı qabaqlamaq cəhdi heç də həmişə uğur vəd etmir".

635x100

Şərhlər

Niyaməddin 2021-07-01 23:53:39

Anonim və Oqtayın şərhləri ilə tamamilə razıyam. Türkiyə ordusu Əfqanıstana daxil olmalıdır! Bütün müsəlman və Türk dövlətləri Əfqanıstana ordu yeritməlidir. Qüdrət həsənquliyevin fikrini heç cür qəbul etmirik, tənqid edirik, tamamilə məntiqsizdir.

OQTAY 2021-07-01 21:40:32

Avropalı olmaq ücün Böyük Tartariya devlətini Rusiya İperiyası adlandırmışdır!Hec nədən iperiya olmaz,oda cox cəkmədi

anonim 2021-07-01 15:57:44

sen , ........putin uchun rahat sherait yaratmaq isteyirsen ki , QEFILDEN , Pskov herbi hava desant qoshunlari , PEYDA OLSUN Əfqanıstanın KABUL sheherinde " sulhmeramli " meqsedle ?????? Əfqanıstanın erazisinden MAFIYA NARKOBARONLAR , chixarirlar kriminal qruplarin vasitesi ile , narkotiki butun olkelere ve milyardlarla dollar qazanirlar , bu barede , .......putin deqiq bilir ve her an fursetden istifade ede biler oz xeyrine ve Rusiya " sulhmeramli " qoshunlar , ISHQAL EDER KABULU bir gece vaxtinda , sonra PEYDA OLAR orada ..........lavroyan ( kalantaryan ) , ....... kocharyan , .........sarqsyan , ..........balasanyan , .........patrushev , .........bortnikov , ...........narishkin , ........marqarita simonyan , .........vladimir solovyov , ...........jirinovski , ..........baqdasaryan ve bashqa chaqqallar ......... Əfqanıstanda XALQ oz dushmenlerini taniyir .

OQTAY 2021-07-01 15:13:16

Siyasəti bilməyən,səbrlə gözləmə mövqeyində olmalıdır!Türküyə və Azərbaycan,Əfqanistanda mütləq olmalıdır,ona görə ki,BÖYÜK TURAN gəlir!Ənvər paşaya Allah rəhmət eləsin,paşadan qalan yarımcıq işləri tamamlamaq lazımdır!Əfqanıstan deyəndə 50% -dən coxu Türk millətidir!Rusiya Suriyaya və Livyaya yerləşib bir söz deyən yoxdur!!!Böyük Türk Dünyasının qurulma vaxtı catıb,ya indi yada hec vaxt!!!2023-kimi Rusiya Böyük Tartariya devlətini təhvil vermək vaxtı catıb!!!Pyotr 1721 -ci ildə Tartariyanı Rusiya ilə əvəz etmişdir ini

OQTAY 2021-07-01 15:07:45

Siyasəti bilməyən,səbrlə gözləmə mövqeyində olmalıdır!Türküyə və Azərbaycan,Əfqanistanda mütləq olmalıdır,ona görə ki,BÖYÜK TURAN gəlir!Ənvər paşaya Allah rəhmət eləsin,paşadan qalan yarımcıq işləri tamamlamaq lazımdır!Əfqanıstan deyəndə 50% -dən coxu Türk millətidir!Rusiya Suriyaya və Livyaya yerləşib bir söz deyən yoxdur!!!Böyük Türk Dünyasının qurulma vaxtı catıb,ya indi yada hec vaxt!!!2023-kimi Rusiya Böyük Tartariya devlətini təhvil vermək vaxtı catıb!!!Pyotr 1721 -ci ildə Tartariyanı Rusiya ilə əvəz etmişdir ini

Son yazılar