Messini taxtdan salan futbolçu (VİDEO)

UEFA Çempionlar Liqasında dünən baş tutan oyunlarda bir neçə rekord əldə olunub.

ANS PRESS-in məlumatına görə, E, F, G və H qruplarında oynanan matçlarda ümumilikdə 40 qol atılıb.

H Qrupunda Ukrayna nümayəndəsi "Şaxtyor" səfərdə "Bate"ni 7-0 məğlub edib. Bu qarşılaşmada ilk dəfə Çempionlar Liqası komandası bir dövrədə 6 qol atıb.

"Şaxtyor"un futbolçusu Luis Adriano isə Belarus komandası qarşısında 5 dəfə toru silkələyərək Messinin "Çempionlar Liqasında bir matçda ən çox qol vuran oyunçu" rekordunu təzələyib.

Braziliyalı futbolçu ilk hissədə 17 dəqiqə ərzində 4 dəfə (28, 36, 40, 44) fərqlənərək bu qol sayına qısa müddətdə çatan futbolçu olub. Eyni zamanda, Adriano turnirdə bir matçda 4 və yuxarı qol atan 12-ci futbolçu olmağı da bacarıb.

Şampiyonlar Ligi'nde Rekorlar Gecesi by haberler

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar