Rabitə Nazirliyi təhlükəli kompüter virusu haqda xəbərdarlıq edir

E-poçt vasitəsilə yayılan “my new photo ;)” adlı yeni ”MX Lab” troyan virusu aşkar edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) məlumatına görə, virus saxta e-poçt ünvanlarından göndərilir və antivirus proqramları tərəfindən böyük çətinliklə aşkar edilir.

Naziliyin Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilən belə e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompüterə yükləməməyi tövsiyə edir.

E-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb. həcmindədir.

“HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür. 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar