Milli Şura növbəti mitinqə hazırlaşır

Milli Şura növbəti mitinqə hazırlaşır.Hafta.az-a daxil olan məlumata görə, onlar mitinqlə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi müzakirə edirlər. Məsələ ilə bağlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da sosial şəbəkədəki şəxsi səhifəsi vasitəsilə Milli Şura tərəfdarlarına müraciət edərək, onları yenidən aksiya etmək üçün səsləyib: “Milli Şuranın 12 oktyabr mitinqi cəmiyyətdəki ətaləti, siyasi durğunluğu aradan qaldırdı. İndi xeyli adam ruhlanıb, fəal mübarizə aparmaq istəyir. Aydındır ki, bu nəticə təkcə mitinqin olmasına görə deyil, həm də aksiyanın uğurlu alınmasına görədir. O zaman nəyə görə növbəti mitinqi keçirməyək? Gəlin vaxt itirməyək və daha kütləvi bir mitinq üçün indidən hazırlıq işlərinə başlayaq”.

Partiya sədrinin digər müavini Gözəl Bayramlı da F.Qəhrəmanlının fikrinə dəstək olaraq bildirib: “Mitinqlər faceebok-un əsas müzakirə mövzusudur. Mütləq davam etməliyik. Vaxt itirmədən hazırlıqlarımızı daha da gücləndirməliyik”.

Çağırışı 100-dən çox AXCP və digər müxalif partiya üzvləri olan şəxslər də dəstəkləyib.Qeyd edək ki, Milli Şura 12 oktyabr tarixində Məhsul stadionunda mitinq keçirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar