Sabiq daxili işlər naziri həbs olundu

Oktyabrın 22-də Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq daxili işlər naziri Baça Axalayanı 7 il 6 ay həbs cəzasına məhkum edib.

“Media forum” saytı xəbər verir ki, 2005-2008-ci illərdə Ədliyyə Nazirliyində Cəzaların İcrası Departamentinin rəisi, 2009-2012-ci illərdə müdafiə naziri, 2012-ci ilin iyulundan sentyabrına qədər daxili işlər naziri postlarını tutmuş 33 yaşlı Axalaya işgəncələrdə və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

Axalayaya bugünkü hökm 2006-cı ilin yanvarında Tbilisidə öldürülmüş üç nəfərə dair cinayət işi ilə bağlıdır. Həmin vaxt Axalaya Cəzaların İcrası Departamentinin rəisi postunu tutub. İstintaq zamanı məlum olub ki, Axalaya bir neçə məhbusa işgəncə verməklə onlardan etiraf ifadəsi alıb.

Axalaya 2012-ci ilin noyabrında həbs olunub və 2013-cü ilin oktyabrında 3 il 9 ay müddətinə həbsə məhkum edilib. O, cəzanı 2006-cı ildə ölkə həbsxanalarında baş vermiş qiyamla bağlı cinayət işi üzrə alıb. İstintaq hesab edib ki, qiyam Axalaya və administrasiyanın digər rəhbərləri məhbusları təhqir etdiyinə və onlara qarşı qeyri-insani davranışlara görə baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar