Siyasi məhbusların işləri üzrə işçi qrup formalaşdırılıb (SİYAHI)

Bu gün parlamentdə hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Siyasi Məhbusların işləri üzrə İşçi Qrupun iclası keçirilib.

İclas iştirakçısı, Helsinki Vətəndaş Assambleyasının rəhbəri Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, qrupun geniş kontekstdə insan hüquqları məsələləri ilə - təkcə siyasi məhbusların işləri ilə deyil, bütünlükdə digər məhkumların işləri, insan hüquqları problemləri ilə məşğul olacaq.

İşçi qrupun həmsədrləri Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərov və Parlamentin beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov seçilib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da həmsədr kimi irəli sürülüb, amma öz namizədliyinə etiraz edib.

Vətəndaş cəmiyyətindən işçi qrupa Abdullayeva və Cəfəroğlu ilə yanaşı, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zalihə Tahirova, Mirvari Qəhrəmanlı, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Çingiz Qənizadə və Əli Hüseynli (sonuncu ikisi deputatdır) daxil olub.

Vətəndaş fəalları həmçinin Mehman Əliyevin, Əvəz Həsənovun və Eldar Namazovun qrupa daxil edilməsini təklif ediblər. Bu təklifə növbəti iclasda baxılacaq.

Bundan başqa, qrupa İlqar Cəfərov (Baş Prokurorluqdan), Çingiz Əsgərov (Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Strasburq Məhkəməsində səlahiyyətli nümayəndəsi), Rəfael Qvaladze (Konstitusiya Məhkəməsinin hakimi) daxil edilib.

İşçi qrupun katibləri Sahib Məmmədov, Səadət Bənənyarlı və Kəmalə İsmayıllı (komissiyanın əvf məsələləri üzrə katibi) seçilib.

Beləliklə, İşçi Qrupda mütəq əksəriyyəti əvvəlki kimi hakimiyyət nümayəndələri və hökumətyönlü xadimlər təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar