İlin sonuna qədər qaz, su və işıq bahalaşacaq- Maliyyə naziri təsdiqləyib

İlin sonunda kommunal xidmət tariflərinin artacağına şübhə yoxdur. 2014-cü ilin büdcəsi parlament komitəsində müzakirə edilən zaman maliyyə naziri Samir Şərifov deyib ki, kommunal xidmət tariflərinin artması təbiidir, amma dəqiq vaxt deməyib və bunun Tarif Şurasının səlahiyyətində olduğunu bildirib.

Onun sözlərinə görə, artım təşəbbüskarları "Azərenerji", "Azərsu" və "Azəriqaz"dır. «Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əmək haqqı və başqa artım üçün tariflər dəyişməlidir", - deyə o bildirib.

Sonuncu dəfə elektrik enerjisi və kommunal xidmət tarifləri 2007-ci ilin dekabrında artırılıb. Eyni zamanda ictimai nəqliyyatda gediş haqları 2, metroda gediş haqqı 4 dəfə bahalanıb ("Turan").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar