Əlgüşad Gülalıyevin məhkəməsində qarşı tərəf prosesdən yayınır

1411500331_oqtaygHüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevin işi üzrə məhkəmə iclası təxirə düşüb.

Proses oktyabrın 22-də Xətai Rayon Məhkəməsində davam etməli idi.

Əlgüşad Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur, polis nəzarətindədir.

Oqtay Gülalıyevin “Media forum” saytına verdiyi məlumata görə, məhkəmə şahidlərin məcbur gətirilib dindirilməsi ilə bağlı qərar çıxarıb, amma bu gün prosesdə nə zərərçəkən tərəf, nə də şahidlər tam tərkibdə iştirak edib: “Yeddi məhkəmə iclası olub, zərərçəkən Bayram Soltanlı heç birinə qatılmayıb. Onun prosesə gəlməməsi özü də bir göstəricidir.

Bu gün çıxışımda məhkəmənin məsələyə qiymət verməsini istədim. Proses niyə bu qədər uzanmalıdır? Məhkəmə iki dəfə qərar çıxarıb polis bölməsinə rəsmi bildiriş göndərib ki, şahidlərin prosesdə iştirakı təmin olunsun. Polis onların iştirakını təmin edə bilməyib, çünki insanlar prosesdə iştirak etmək istəmir”.

Proses oktyabrın 29-da davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar