“Prezidentlərin Paris görüşündə 3 prinsip əsas götürüləcək” – Səfir

“Əsas odur ki, Paris görüşü hesabına Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında etimad yaransın”. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə İrəvandakı mətbuat konfransında Fransanın bu ölkədəki səfiri Anri Reno oktyabrın 27-də prezidentlərin Paris görüşü ilə bağlı gözləntiləri şərh edərkən deyib.

“Yaxın günlərdə Parisdə İlham Əliyev-Serj Sərkisyan görüşü olacaq. Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək. Vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin” – qeyd edib diplomat.

Səfirin sözlərinə görə, Paris zirvəsi həm də problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq. Diplomat onu da əlavə edib ki, görüşün əsasında 3 prinsip duracaq: “Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar