Azərbaycanda dövlət pensiyaları daha artırmayacaq

Azərbaycan hökuməti pensiyaların maliyyələşdirilməsindən imtina etmək istəyir.

Fins.az-ın “Fineko” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, sığorta-pensiya sistemində həyata keçirilən islahatlar çərçivəsində pensiyaların birtərəfli qaydada dövlət tərəfindən maliyyələşdirilməsinə dair SSRİ dövründən qalma mexanizmin ləğv edilməsi nəzərdə tutulub: “Azərbaycanda bazar iqtisadiyyatı olduğu üçün biz bu mexanizmdən imtina edəcəyik. Və bu, ölkədə pensiya-sığorta sistemini inkişaf etdirməyin yeganə yoludur”.

Yeni formalaşdırılan sistemə görə, pensiyalar yalnız işləyən vətəndaşların hər ay maaşından ayrılan sosial sığorta yığımları (pensiya kapitalı) əsasında veriləcək və artırılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar