“Ebolaya 6 aya qalib gəlmək olar...” – Qırmızı Xaç

Öldürücü Ebola qızdırmasına cəmi yarım il ərzində qalib gəlmək mümkündür. Musavat.com-un məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətini baş katibi Elxac As Si bəyan edib.

Onun sözlərinə görə, epidemiyanın kökünü kəsməkdən ötrü “xəstələri tam təcrid eləmək, onları keyfiyyətli müalicə altına götürmək və ölənlərin təhlükəsiz dəfnini təşkil eləmək” gərəkdir.

Bu ilin fevralında ilk dəfə olaraq Qvineyada qeydə alınan infeksiyadan 4500 nəfərdən çox adam dünyasını dəyişib. Qorxulu virusdan ən çox Liberiya, Syerra-Leone, Qvineya və Nigeriya əziyyət çəkməkdədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar