Tələbə bacısının başını kəsdi, sonra dərsə getdi  - ŞOK TƏFƏRRÜAT -Yenilənib

Dünən Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xətai rayon Polis İdarəsindən vesti.az-a bildirilib ki, cinayətlə bağlı dünən 14:00 radələrində məlumat daxil olub. Belə ki, saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın kiçik bacısı (qətldə übhəli bilinən Pərvanə Nuriyevanın əkiz bacısı) kollecdən evə qayıdıb. O, özündəki açarla ilə qapını açıb, içəri daxil olan qız dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan, evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib. O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək, onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva bacısının ölümündən xəbərsizmiş kimi, rola girib.

Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib. Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Pərvanə Nuriyeva özünü hadisədən bixəbər kimi göstərməyə çalışsa da, buraxdığı bəzi səhvlər onun planını alt-üst edib. Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içindən qadın paltarı aşkar edilib.

Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü sonda etiraf edib.

Hadisə ilə bağlı danışan Pərvanə, bacısı Günellə aralarında konfliktin baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib. Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək, onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi, evdən çıxaraq, musiqi məktəbinə yollanıb.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Öldürülən qızın fotosunu simsar.az-a istinadən təqdim edirik.

 * * * 

AzVision.az saytı ötən gün Bakıda bacısı tərəfindən qətlə yetirilən Nuriyeva Günel Etibar qızı ilə yeni məlumatlar əldə edib.

Belə ki, qətlə yetirilən 20 yaşlı qız Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi olub.

Mərhumun təhsil aldığı akademiyanın dekan müavini sayta açıqlamasında bildirib ki, mərhum Günel Nuriyevın cinsi azlıq nümayəndəsi olması barədə yayılan məlumatların heç bir əsası yoxdur: “Çox yaxşı tələbə olub. Rayondan bura gəlmişdi. Çox sakit biri idi. Biz onda hər hansı bir dəyişiklik müşahidə etməmişik. Gənc bir qız haqqında elə sözlər yazmaq olmaz. Onun haqqında yazılanlar yalnış məlumatdır. Həmin xanım çox yaxşı bir ailənin övladı olub. Bu ailəyə vurulan zərbə idi. İnternetdə bəziləri qızlara ləkə yaxırlar”.

Dekan müavini xatırladıb ki, bacılar Şəki rayonundan olublar və Bakı şəhərində kirayə yaşayırlarmış: “Bacılarının hər ikisi yaxşı qız olub. Bacısı ilə dərsə gəlib-gedirdi. Belə bir hadisənin baş verməsi bizədə pis təsir etdi”.

* * *

Bacısı tərəfindən öldürülən 20 yaşlı qızın cinsi azlıq nümayəndəsi olduğu bildirilir

Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Xətai rayonu Xudu Məmmədov küçəsi18 ünvanında 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb.

P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə cinsi azlıq nümayəndəsi olan qızları gətirirmiş. O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib.

Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

 * * * 

Başı kəsilən 20 yaşlı Günel Nuriyevanın meyitini bacıları tapıb

Bakıda evində başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ANS PRESS-in hadisə yerinə ezam olunmuş əməkdaşı Ruslan Eldaroğlunun məlumatına görə, qətl hadisəsi törədilən zaman Günel Nuriyeva evdə tək olub. Qətl hadisəsi günorta saatlarında baş verib. Verilən məlumata görə, əslən Şəki rayonundan olan G.Nuriyeva yaşadığı evdə bacıları ilə birlikdə kirayə qalırmış. Onların hər üçünün tələbə olduğu bildirilir.

G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb 

* * * 

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil

Bakıda dəhşətli qətl törədilib.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.

Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar