Amerikalı gənc Obamaya xəbərdarlıq etdi- "Sevgilimə sataşma!" - VİDEO

ABŞ prezidenti Barak Obama qəribə situasiya ilə üzləşib. Çikaqoda erkən səsverməyə qatılan prezident Obama sakitcə səs verərkən Mayk Couns adlı gənc ona yaxınlaşaraq “Sevgilimə toxunma!” deyə xəbərdarlıq edib.

Obamanın yanındakı cihazda səs verən Aya Kuper - Maykın sevgilisi isə bundan çox xəcalət çəkib.

“Mən belə şeyi planlaşdırmırdım. Bu oğlan heç bir səbəbsiz yerə sənə xəcalət verir” - deyə Obama qadınla zarafat edib.

“İndi sən evə qayıdacaqsan və rəfiqələrinə Maykın necə səfeh olduğunu deyəcəksən” - deyə prezident Aya Kuperi hətta yamsılayıb.

“Doğrudan da o, səfehdir” - deyə Aya Kuper razılaşıb.

"Mənə bir öpüş ver, qoy onun danışmağa əsası olsun" - deyə prezident Obama Ayanı qucaqlayaraq yanağından öpüb.

“İndi o doğrudan qısqanacaq” - deyən prezident Obama məntəqəni tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar