Almaniya hökumətindən Dağlıq Qarabağla bağlı şok açıqlama

"Azərbaycan və Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirəcək hərəkətlərdən əl çəkməlidirlər"

SalamNews xəbər verir ki, bu açıqlamanı Almaniya hökuməti Rusiyanın “Vestnik Kavkaza” saytının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sorğusuna cavabında bildirib.

Münaqişə ilə bağlı bir çox qaranlıq məsələlərə aydınlıq gətirən rəsmi Berlin, həm də Azərbaycanın mövqeyini dəstəkləyən cavablar verib.

Qondarma Dağlıq Qarabağ respublikasında saxlanan ordu barədə məlumat verən federal hökumət, onların sayının 23 min nəfər olduğunu diqqətə çatdırıb: “Bunun 8 min nəfəri Ermənistan qoşunlarının hərbçilərindən, o cümlədən muzdlulardan və müddətdən artıq hərbçilərdən ibarətdir. Bu da sübut edir ki, qondarma ordunun arxasında Ermənistan dayanıb”.

Münaqişə tərəflərinin hərbi sahəyə ayırdıqları büdcə vəsaitləri ilə bağlı konkret statistik məlumatlar açıqlayan AFR hökuməti, Bakının hərbi xərclərinin Yerevanınkından xeyli artıq olduğunu diqqətə çatdırıb.

“2010-cu ildə Rusiya ilə Ermənistan arasında bağlanan hərbi müqavilənin qondarma qurumun təhlükəsizliyinə nə kimi zəmanət verir” – sualını cavablandıran Berlin, bu müqavilənin yalnız Ermənistanın ərazisinə aid oluğunu qeyd edib.

Rəsmi Berlin sonda, işğal olunmuş ərazilərdə məskunlaşmış insanların həyat səviyyəsinin aşağı olduğunu qeyd edib: “Burada yaşayan əhali üçün elementar ictimai xidmətlər yalnız məhdud çıxışlara malikdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar