Ölümünün yeni təfərrüatları (VİDEO)

Sürücü müstəntiqlərə verdiyi cavablarla hamını şoka salıb

Ötən gün Moskvadakı Vnukovo hava limanında Fransanın “Total” neft şirkətinin rəhbəri Kristof de Marjeri və daha 3 nəfərin həlak olduğu faciənin isə yeni təfərrüatları ortaya çıxıb. Müstəntiqlər təyyarənin toqquşduğu qartəmizləyən maşının sürücüsünü dindiriblər. Rusiyanın "Birinci kanalı" saxlanılan sürücünün dindirilməsinin kadrlarını yayıb. Sürücü müstəntiqlərə verdiyi cavablarla hamını şoka salıb.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, aviaqəzanın araşdırılmasında iştirak etmək üçün fransalı ekspertlər qrupu artıq Rusiya paytaxtındadırlar. Nümayəndə heyətinə 6 nəfər, o cümlədən “Falkon” təyyarəsinin istehsalçısı olan şirkətin mütəxəssisi daxildir. Onların iştirakı ilə “qara qutular” deşifrə ediləcək. Yaxşı vəziyyətdə olduğu deyilən “qara qutular” faciənin əsl səbəblərinin işıq üzünə çıxmasına kömək edəcək. Artıq “Total” prezidentinin ölümünə səbəb olan qartəmizləyən maşının sürücüsü də dindirilib. Müstəntiqləri maraqlandıran əsas məsələ budur. Necə olub ki, o, şəxsi təyyarənin havaya qalxdığı məqamda uçuş zolağında olub?

Saxlanılan Vladimir Martınenkov uçuş zolağına girərkən özündə olmadığını deyib: "Mən istiqaməti itirdim. Heç özüm də bilmədim ki, nə vaxt uçuş zolağına çıxmışam. Təyyarə uçuşa hazırlaşırdı və mənim texnikam işlədiyi üçün onu, demək olar ki, görmürdüm və eşitmirdim”.

Rusiya İstitaq Komitəsinin sədri Vladimir Markin isə faciənin sırf təsadüfdən baş verməsini rədd edir.

“İndi gördüyümüz kimi, qəzanın səbəbi hava limanının nümayəndələrinin bizi inandırmağa çalışdığı kimi, təsadüflər halqası deyil. Səbəb hava limanı işçilərinin koordinasiyasını dəqiqləşdirməyi bacarmayan bəzi rəsmilərin cinayətə gətirib çıxaran gözyummasıdır”, – deyə Vladimir Marki bildirib.

Kristof de Marjerin qəsdən öldürüldüyü iddialarına isə Rusiyada ciddi yanaşılmır.

Rusiya Neft Sənayeçiləri İttifaqının prezidenti Qennadi Şmal qeyd edir ki, hər zaman Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi üçün çalışan belə bir insanın öldürülməsinə kim qıya bilərdi?: “O, bizim dostumuzdur. Əlbəttə ki, bu hadisədə bəzi anlaşılmazlıqlar var. Çünki bu hava limanından dövlət başçıları da istifadə edir. Belə bir şeyə necə yol vermək olar? Bunların hamısı ətraflı araşdırma tələb edir. Təəssüf ki, ölən insanı geri qaytarmaq mümkün deyil”.

Qəza ilə bağlı Rusiyada “Hava nəqliyyatının hərəkətinin təhlükəsizlik qaydalarının pozulması nəticəsində bir neçə nəfərin ölümünə səbəb olma” maddəsi ilə, Fransada isə “Təsadüfi qətl” maddəsi ilə cinayət işi açılıb.

Fransanın “Total” neft şirkətinin rəhbəri Kristof de Marjeri Moskvada aviaqəzada həlak olduqdan sonra onun yerinə təyinat olub. Onun yerinə iki nəfər təyin olunub. Çünki, Kristof de Marjeri həm prezident, həm də direktorlar şurasının sədri idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar