Bakıdakı taksi sürücülərindən növbəti aksiya - Video

Oktyabrın 22-si “London taksi”lərinin sürücüləri aksiya keçiriblər.

"Meydantv" xəbər verir ki, Fizuli meydanında 50-60 “London taksi”sini saxlayan sürücülər aksiyaya cəhd ediblər. Lakin polis buna imkan vermədiyi üçün sürücülər birbaşa "Bakı taksi” MMC-nin ofisinə yollanaraq, aksiyanı orada davam etdiriblər. Sürücülər onların günlük planının 40 manata qaldırılmasından narazılıq ediblər.

Həmkarlar İttifaqının sədri Rəşad Yusifov sürücülərlə görüşüb, onları sakitləşməyə dəvət edib. Daha sonra MMC işçiləri bildirib ki, rəhbərlik sürücüləri qəbul etməyə hazırdı. Rəhbərliklə görüşə gedən sürücülər bir müddətdən sonra qayıdıb, görüşün baş tutmadığını bildiriblər. Çünki rəhbərlik onları təklikdə qəbul etmək istəyib. Sürcülər isə razılaşmayıb.

Həmkarlar İttifaqının sədri yenidən çıxışlara müdaxilə edərək, sürücüləri bir daha rəhbərliklə görüşməyə çağırıb. Sürücülər mətbuatın qarşısında görüş istəsələr də, rəhbərlik bu təklifdən imtina edib.

MMC-nin insan resursları və mətbuat xidmətinin rəhbəri Sahil Əhmədov da jurnalistlərə bildirib ki, təmsil etdiyi qurumun planı aşağı salmaq fikri yoxdur. İkinci cəhddən sonra rəhbərliklə görüşə bilən taksi sürücüləri bu dəfə bildiriblər ki, “Bakı taksi” MMC-nin rəhbəri Səid Hüseynov sürücülərdən birini işdən çıxardığını açıqlayıb. Səid Hüseynov, həmçinin deyib ki, plan aşağı salınmayacaq. Şərtlərlə razılaşmayanlar isə işdən getməkdə sərbəstdirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar