“Azadlıq” radiosunun Bakı bürosunun iki müxbiri Azərbaycandan getdi

Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan 4 nəfərlə bağlı sensasion məlumat əldə etmişik. Modern.az-a daxil olan bilgiyə görə, “Azadlıq” radiosunun Bakı bürosunun iki əməkdaşı – Abbas Əli və Maarif Çingizoğlu işdən ayrılaraq, xaricə köçüblər.

Məlumata görə, Abbas Əli İsveçrə, Maarif Çingizoğlu isə Almaniyada daim yaşayış üçün icazə alıb.

Əməkdaşımız məsələni dəqiqləşdirmək üçün “Azadlıq” radiosu ilə əlaqə saxlayıb.

Məlum olub ki, hər iki jurnalist bir müddət öncə “Azadlıq” radiosunun Bakı bürosundan işdən çıxmaq istədikləri barədə rəhbərliyə müraciət ediblər.

“Azadlıq” radiosundan eyni zamanda onların işdən çıxdıqları haqda xəbəri təsdiqləyiblər. “Azadlıq” radiosunun Bakı bürosundan Modern.az saytına verilən açıqlamada qeyd edilib ki, Abbas Əli və Maarif Çingizoğlu işdən çıxsalar da, onların indi harada olduqları qurum rəhbərliyinə məlum deyil.

Daha iki araşdırmaçı jurnalistin Avropa ölkələrindən birində daim yaşamaları üçün icazə aldıqları barədə də məlumat əldə etmişik. Onlarla bağlı xəbəri dəqiqləşdirməyə çalışırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar