«Söz yaranandan hakimiyyət nümayəndələri ondan qorxublar» -Bəxtiyar Sadıqov

Elmira Axundova: «Respublika», «Azərbaycan» və «Xalq qəzeti» bir-birini təkrarlayır»

“Mən istərdim ki, nəinki, ”Azərbaycan" qəzeti, başqa iqtidaryönlü qəzetlər də bir-birinə oxşamasınlar, səhifələrində, maraqlı, açıq fikirli məqalələr dərc etsinlər". Bunu Modern.az-a açıqlamasında deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, dövlət qəzetləri bir-birini təkrarlayır: “Azərbaycan” qəzeti daha rəsmi orqandır və samballı qəzetdir. Amma mən həmişə demişəm ki, “Respublika”, “Azərbaycan” və “Xalq qəzeti” bir-birini təkrarlayır, 4-5 səhifə eyni materialları çap edirlər. Mən istərdim ki, bu qəzetlərdə rəngarənglik, müxtəliflik olsun. Senzura da yoxdur, daha sərbəst formatda yazılmış, daha açıq gözlə baxılan, problemli məqalələr çox olsun. Nailiyyətlərimiz böyükdür, iqtisadiyyatda öndəyik. Amma mənəviyyatda ciddi problemlər var. Təhsildə reformalar gedir, amma nöqsanlar var. Xüsusilə məişət zorakılığı məsələsi və qadına qarşı zorakılıq faktları artır. Kütləvi qırğınlar var. Mənəvi-psixoloci problemlər, cavan ailələrin, sosial, rayonlarda işsizlik probleminin kökləri araşdırılsın".

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə rəhbərlik etdiyi nəşrin 25 illik yubileyində maraqlı etiraf edib. “Qəzet buraxmaq, kollektiv formalaşdırmaq və yaşatmaq çox çətin məsələdir. Söz yaranandan hakimiyyət nümayəndələri ondan qorxublar”,- deyə Bəxtiyar Sadıqov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar