“Onlar şeytan üçün ehsan verirlər”- Şeyx

Dövlət ehsanın əleyhinə deyil və ola da bilməz. Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Allahşükür Paşazadə bu gün keçirilən QMİ-nin Qazılar Şurasının iclasında bildirib.

QMİ-nin sədri qeyd edib ki, Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir. Lakin bəzi insanlar bunu düzgün anlamır: "Xalqımızın mentatlitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah-Təala buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə".

A.Paşazadə bildirib ki, yas məsliclərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir: "Bəziləri deyir ki, məcslidə halva verilsin, şirinlik verilsin. Bu harda, hansı hədisdə yazılıb? Halva da vermək olar, aş da vermək olar, amma israfa yol verməmək şərtilə".

Onun sözlərinə görə, bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi artıq israf hesab edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar