Aeroportunun direktoru və müavini qəzaya görə istefa verdi

Moskvanın Vnukovo aeroportunun baş direktoru Andrey Dyakov və onun müavini Sergey Solntsev “Falkon” təyyarəsinin qəzaya uğramasına görə istefa veriblər.

“Media forum” saytı xəbər verir ki, Vnukovonun növbə direktoru, aeroportun istismar bölməsinin rəisi və həmin vaxt növbədə olan işçilərə rəhbərlik edən mühəndis də işdən çıxarılıb.

Fransanın neft-qaz konserni “Total”ın prezidenti Kristof de Marjeri oktyabrın 21-nə keçən gecə Vnukovo aeroportunda baş verən təyyarə qəzasında həlak olub. “Total” prezidentinin əyləşdiyi kiçik mühərrikli “Falkon” təyyarəsi uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Təyyarədə daha üç nəfər həlak olub.

Oktyabrın 22-də “Total”a yeni prezident və baş direktor təyin olunub. Tyerri Demarre “Total”da prezident, Patrik Puyanne isə baş direktor postunu tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar