Deputat-rektorun institutu məhkəməyə verildi

Azərbaycanda daha bir ali məktəb məhkəməyə verilib.

Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Müəllimlər İnstitutu və Müəllimlər İnstitutunun Qazax filialına qarşı iddia qaldırılıb.

Belə ki, həmin ali məktəbdə çalışan Nağıyeva Kəmalə Qulu qızı əmək müqaviləsinin ləğv olunması haqqında əmrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Məhkəməyə iclası sabah keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Müəllimlər İnstitutunun rektoru deputat Aqiyə Naxçıvanlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar