Özünü Nilufər kimi təqdim etdi: 100 min dollar aldı-qaçdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən proses oktyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, hadisə bu il mayın 19-da Nəsimi rayonunda baş verib. 2012-ci ilin sentyabrda özünü Nilufər kimi təqdim edən qadın Bakı şəhər sakini Nurəngiz Hüseyzadənin etibarından sui istifadə edərək 62 min 500 manat və 32 min ABŞ dollar alıb qaytarmayıb.

Nəsimi Rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Simuzər İbrahimova (Nilufər) tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar