"Azərbaycanda qarşıdurma istəyən qüvvələr var" - Allahşükür Paşazadə

"Azərbaycanda sünnilərlə şiələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var".

SalamNews xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə rəhbəri olduğu qurumun Qazılar Şurasının iclasında bildirib.

A.Paşazadə sünni imamları və şiə axundlarına bu məsələdə ciddi şəkildə ehtiyatlı olmağı, eləcə də keçirilən mərasimlərdə moizələrinə diqqət yetirməyi tövsiyə edib. Onun sözlərinə görə, onlar hələ ki, buna məscidlərdən başlayırlar. Lakin onlara şərait yaradılsa, sonra bütün ölkədə başqa ixtişaşlar yaradarlar.

QMİ sədri deyib ki, bu dövləti qorumaq bizim hər birimizin borcudur: "Bu gün Azərbaycan inkişaf edib, dünyada tanınmış dövlətlərin birinə çevrilib. Bizim birliyimiz və tolerantlığımız aramızda qarışıqlıq yaratmaq istəyənlərin niyyətini puça çıxaracaq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar