Bu gün qismən Günəş tutulması baş verəcək

Bu gün qismən Günəş tutulması baş verəcək. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, ayın diski Günəşin diskini tamamilə örtə bilmədiyindən bu, “qismən Günəş tutulması” adlanır. Tutulma Bakı vaxtı ilə saat 23.37-də başlayacaq və maksimumuna (Günəş diskinin 81 faiz tutulmasına) ayin 24-də gecə 01.45-də çatacaq. Saat 03.51-də isə qismən Günəş tutulması başa çatacaq.

Günəş tutulması əsasən Şimali Amerika qitəsində daha yaxşı müşahidə olunacaq. Tutulmanın bütün fazaları məhz Şimali Amerika qitəsində yerləşən ölkələrdə, xüsusən də Amerika və Kanada ərazisindən daha yaxşı görünəcək.

Bu Günəş tutulması 153-cü Saros tsiklinin doqquzuncu tutulmasıdır. Saros tsikli adətən hansısa bir müddət ərzində təkrarlanan tutulmaların olmasını göstərir. Günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq.

E. Babayev deyib ki, Günəş tutulmaları Ay tutulmalarından fərqli olaraq alimlər üçün daha maraqlıdır. Bu tutulmalar vaxtı alimlər, astrofiziklər xüsusi eksperimentlər, elmi tədqiqatlar aparmağa çalışırlar.

Yerin üzərində Ayın kölgəsinin eni maksimum fazada 675 km olacaq. Ən maksimum tutulma Kanada ərazisindən müşahidə olunacaq. Bunun maqnitudu isə 0,811 olacaq. Əgər tam tutulma olsaydı, tutulmanın maqnitudu 1 olmalıydı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar