Azərbaycanda temperatur yüksəlir - 24 dərəcə isti olacaq

hava2Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, lakin axşam bəzi şərq rayonlarında yağış ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar