Millimiz FİFA reytinqində gerilədi - 31 PİLLƏ

FİFA yığmaların növbəti reytinq cədvəlini açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan millisi 31 pillə geriləyib.

Avro-2016-nın seçmə mərhələsində İtaliyaya (1:2) və Xorvatiyaya (0:6) uduzan komandamız 126-cı pilləyə enib. Avro-2016-nın seçmə mərhələsindəkiu rəqiblərimizdən ən yaxşı göstərici İtaliya yığmasına məxsusdur. “Skuadra Adzurra” 2 pillə irəliləyərək, 11-ci yerdə qərarlaşıb. Digər rəqiblərimizin reytinq göstəricisini də sizə təqdim edirik:

14. Xorvatiya (+5)

59. Bolqarıstan (-13)

68. Norveç (+8)

156. Malta (-1)

Postsovet ölkələrindən ən yaxşı göstərici Ukrayna yığmasına (19) məxsusdur. Rusiya 30, Özbəkistan 65, Ermənistan 75, Estoniya 88, Litva 92, Latviya 99, Belarus 106, Gürcüstan 117, Moldova 119, Qazaxıstan 132, Tacikistan 134, Türkmənistan 138, Qırğızıstan isə 150-cidir. Qardaş Türkiyə yığması isə uğursuz nəticələrdən sonra 8 pillə geriləyərək, 46-cı yerə yuvarlanıb.

FİFA-nın reytinq sıralamasına isə yenə Almaniya millisi başçılıq edir. Son dünya çempionunu Argentina və Kolumbiya yığmaları izləyir. İlk “10-luğ”u sizə təqdim edirik:

1. Almaniya (0)

2. Argentina (0)

3. Kolumbiya (0)

4. Belçika (+1)

5. Hollandiya (-1)

6. Braziliya (0)

7. Fransa (+2)

8. Uruqvay (-1)

9. Portuqaliya (+2)

10. İspaniya (-2)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar