Rusiyadan böyük qadağa

Milyondan çox miqrantın ərazisinə girişi qadağan edildi

Rusiya miqrasiya qanunvericiliyinin pozan 1,3 milyondan çox xarici vətəndaşın ölkəyə girişinə qadağa qoyub.

ANS PRESS İTAR-TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2014-cü ilin əvvəlindən Rusiyaya təqribən 10,8 milyon xarici vətəndaş girib: "Bunlardan 4,2 milyonunun əmək fəaliyyəti üçün lazım olan sənədlərin yoxluğuna, 90 günlük qanuni müddətin başa çatmasına görə, 1,3 milyondan çoxunun isə miqrasiya qanunvericiliyini pozduğu üçün Rusiyaya girişi bağlanılıb.

Xatırladaq ki, qaydaları pozanların 10 il müddətinə Rusiyaya gəlişi qadağan olunacaq. Dövlət Duması bununla bağlı oktyabrın 17-də qərar qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar