Bakıda piyada avtobusun altında qaldı - Real görüntü

Bakıda sərnişin avtobusu qəza törədib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 82 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı, 10-TG-011 dövlət nömrə nişanlı sərnişin avtobusu şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlarında kişini vuraraq öldürüb.

Hadisə yerinə cəlb olunan xilasedicilər piyadanın cəsədini avtobusun altından çıxarıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar