Korona virusu Azərbaycanın bir addımlığında

Azərbaycanın qonşusu İranda 5 nəfərdə Korona virusu aşkarlanıb. Bunu İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi deyib.

Trend-in məlumatına görə, xəbəri İRNA agentliyi yayıb.

H.Qazizadə Haşimi bildirib ki, həmin şəxslər Səudiyyə Ərəbistanında Həcc ziyarətində olublar və vətənə döndükdən sonra onlarda bu virus aşkarlanıb: “5 nəfərdə ölkəyə qayıdarkən hava limanında virus aşkarlanıb. Korona virusu Səhiyyə Nazirliyinin gündəliyindədir. Ebola və Korona virusu ilə bağlı ölkədə narahatçılığa əsas yoxdur”.

Qeyd edək ki, Korona virusuna insanlar və heyvanlar tənəffüs yolları ilə yoluxurlar. 1965-ci ildə aşkar olunan virus həzm sisteminə də təsir edir. Virusun bir çox fərqli növü vardır. Virusa qarşı qoruyucu peyvəndlər mövcud deyil və xəstəliyin müalicəsi yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar