Nazirlikdən hacılara "Ebola" ilə bağlı MÜRACİƏT: "Müayinədən keçin"

Səhiyyə Nazirliyi Həcc ziyarətindən gələn zəvvarlara “Ebola” virusu ilə bağlı müraciət edib.

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, “Ebola” virusu ilə bağlı Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur.

Nazir müavininin sözlərinə görə, ölkədə xəstəliyin aşkarlanması ilə bağlı heç bir məlumat daxil olmayıb: “Sadəcə olaraq profilaktik tədbirlərin görülməsi üçün Həcc ziyarətindən dönənlərə müraciət olunur ki, bir daha müayinədən keçsinlər. Bundan əlavə, Azərbaycana gələn qonaqlar da müayinədən keçirilir ki, Azərbaycan bu problem ilə üzləşməsin”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar