Küçəyə atılan körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokrorluq Bakıda küçədən tapılan və daha sonra ölən körpə ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş qız uşağı aşkar edilib. Ona körpələr evində təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilib. Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar