Erməni boksçu azərbaycanlı rəqibindən qorxub rinqə çıxmadı

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında Avropa çempionatı keçirilir.

Azərbaycan yığması turnirdə inamla çıxış edir. Artıq 2 boksçumuz yarımfinala vəsiqə qazanıb. Bunlar Məsud Yusifzadə (52 kq) və Məhəmmədəli Tahirovdur (+91 kq). Qeyd edək ki, ¼ finalda idmançılarımız Qaik Pozoyan (Gürcüstan) və Qnel Muradyana (Ermənistan) qalib gəliblər.

Yusifzadə rəqibini 3:0 hesabı ilə məğlub etdiyi halda, Tahirovun erməni rəqibi rinqə çıxmayıb. Erməni idmançı səbəb göstərmədən rinqə çıxmaqdan imtina edib

Qeyd edək ki, yarımfinalda Yusifzadə Bolqarıstan boksçusu Daniel Asenovla, Tahirov isə Almaniya idmançısı Peter Kadira ilə döyüşəcək. /azerisport

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar