Separatçılar üç şəhəri almaq üçün hücum elan etdi

Ukraynanın şərqindəki qondarma “Donetsk Xalq Respublikası”nın baş naziri Aleksandr Zaxarçenko mətbuat konfransı keçirərək Ukrayna təhlükəsizlik qüvvələrinin mövqelərinə genişmiqyaslı hücum əməliyyatlarına başladıqlarını elan edib.

Virtualaz.org saytı “İnterfaks”a istinadən xəbər verir ki, A.Zaxarçenko atəşkəs rejimindən çıxdıqlarını elan edib.

“Atəşkəs rejiminə ancaq biz əməl edirik. Onlar isə həmişə atıb. Dünəndən başlayaraq biz də cavab verməyə başlamışıq. Bizim qüvvələrimiz Donetskin daha bir neçə şəhərini almaq üçün hücuma başlayır” - deyə Zaxarçenko bildirib.

A.Zaxarçenko deyib ki, onların planı Kramatorsk, Mariupol və Slavyansk şəhərlərini geri almaqdır.

“Kramatorsk, Mariupol və Slavyansk bizim olacaq. Biz onları almaq, özümüzə qaytarmaq niytətindəyik. Ona görə də ağır döyüş əməliyyatları istisna deyil” - separatçı lider bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar