Dənizə düşən 12 neftçi xilas edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nərimanov adına NQHİ-nin 441 nömrəli sahəsində qəza baş verib.

SOCAR-ın məlumatına görə, estakadada dağılma baş verib və kiçik vaqon dənizə düşüb. Bundan başqa, 700 mm-lik qaz kəmərində qırılma nəticəsində yanğın başlayıb.

FHN-dən Turan-a verilən məlumata görə, 12.20-də bu idarəyə Nərimanov adına NQHİ-nin estakadasında yanğın haqqında məlumat daxil olub.

Hadisə yerinə təcili olaraq “Vixr-5” yanğınsöndürmə gəmisi, helikopterlərlə xilasedicilər göndərilib.

Dənizə düşmüş 12 nəfər xilas edilib. Yanğın söndürülüb.

Qəza baş verən quyu dənizdə Səngəçal qəsəbəsindən 2 km cənub-şərqdə yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar