“Şiələrin cəlladı” ləqəbli İŞİD terrorçusu ələ keçirilib - Foto

“İslam Dövləti” (İŞİD) terror təşkilatının Əbu-Müaviyə əl-İraqi adlı təhlükəli üzvü İraq xüsusi təyinatlıları tərəfindən ələ keçirilib.

SalamNews-un ABNA-ya istinadla verdiyi xəbərə görə, “Şiələrin cəlladı” ləqəbli Əbu-Müaviyə tutulduqdan sonra baş kəsərkən çəkilən ah-nalələrdən həzz aldığını etiraf edib.

Bəzi İraq mənbələri onun əli ilə şiə məzhəbindən olan 76 nəfərin başının kəsildiyini bildirirlər.

Qeyd edək ki, sözügedən şəxs tutulmadan əvvəl etdiyi çıxışlarda ona verilən “Şiələrin cəlladı” ləqəbi ilə fəxr etdiyini söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar