"Radikal dini cərəyanların iqtisadi bazalarını məhv edəcəyik" - Komitə sədri

“Azərbaycanda radikal dini cərəyanların iqtisadi əsaslarını dağıdacağıq”. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu bəyanatı cümə axşamı Qafqaz Müsəlmaları İdarəsindəki (QMİ) toplantıda səsləndirib.

Bu iqtisadi təməllərin harada cəmləşməsi barədə hüquq-mühafizə orqanlarının işi tamamlamaqda olduğu deyilib. Amma komitə sədri radikal cərəyanlara yadımçı olan biznes qurumlarının adlaını açıqlamayıb.

“Azərbaycanda radikal dini cərəyanların yayılmasına imkan verməyəcək, iqtisadi bazalarını məhv edəcəyik. Radikal cərəyanların ideoloji bazası ilə mübarizə isə birbaşa din xadimlərinin işidir”, deyə komitə sədri radikal cərəyanlara qarşı müabrizədə kimin yerinin harada olduğunu göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar